29.10.2015 [14:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Voleybol Federasyonunun İnzibati Komitəsi oktyabrın 27-də (abanın 5-də) Urmiyədə keçirilən voleybol müsabiqəsi zamanı baş verən hadisələri müzakirə edib.
Hər bir fürsətdən istifadə edib Azərbaycanın idman komandalarını cəzalandıran sistem, bu dəfə oxşar bir bəhanə ilə Urmiyənin “Şəhrdari” voleybol komandasını cəzalandırıb. Voleybol Federasyonu elan edib ki, “oktyabrın 21-də (mehrin 29-da) Urmiyənin Qədir stadionunda “Şəhrdari” komandası ilə “Sərmayə bankı” arasında keçirilən müsabiqədə bir sıra tamaşaçılar qanunsuz hərəkətlərə əl atıblar. Bu üzdən inzibati əsasnamənin 10-cu maddəsinin 39-cu bəndinə əsasən “Şəhrdari” klubuna xəbərdarlıq edilir.”
Xəbərdarlıqda bildirilir ki, belə hərəkətlər davam edərsə komandaya qarşı daha ciddi tədbirlər alınacaq.
İnzibati Komitənin çıxardığı qərara əsasən, “Şəhrdari” komandasının məsulları iki müsabiqədə stadiona buraxılmayacaq və bu takım 100 milyon rial məbləğində cərimə ödəməlidir.”
Qeyd edək ki, İranda Azərbaycan idman komandalarının rəsmi və qeyri rəsmi şəkildə cəzalandırlması bir adi vəziyyətə dönüşüb. Son bir ildə Təbrizin “Traxtur” futbol takımına qarşı həyata keçirilən gizli ssenarilər və cəzalandırma qərarları sözügedən iddianın sübutudur.

Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |