Şrift:
Azərbaycanlı fəalların saxlanılması davam edir
29.10.2015 [16:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyədə Əli Əzizi yaxalanıb



Urmiyədə azərbaycanlı milli-mədəni fəalların ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən saxlanılması davam edir.
Əli Əzizi oktyabrın 27-də Urmiyədə ETTELAAT məmurları tərəfindən yaxalanıb. Azərbaycanlı fəalın yaxalanması onun bölgədə kürd terrorizminə qarşı apardığı maarifləndirmə fəaliyyəti ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, məmurlar fəalı yaxalamaq üçün oktyabrın 27-də 2 dəfə onun ata evinə giriblər, lakin fəal evdə olmadığı üçün onu tutmağa nail olmayıblar. Bundan sonra evi tərk etməli olan təhlükəsizlik qüvvələri fəalın atasına onun tutulmasına dair məhkəmə hökmünə malik olduqlarını bildiriblər. Onlar təhdid edərək fəalın ETTELAAT məmurlarına təslim olmasını istəyiblər.

Həmin gün Urmiyədə Əli Əzizi və daha iki fəal Soheyl Dəiri və Əmir İbrahimi ETTELAAT məmurları tərəfindən yaxalanıb və hələlik onların vəziyyəti barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, Əli Əzizi bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed