Şrift:
Nəzmiyyə Piriyevanı bu siyasi mübarizənin önündə görmək istəyirik
30.10.2015 [10:10] - Gündəm, Siyasi partiyalar, DAVAMın yazıları
Yaradılışdan kişi ilə bərabər hüquqlar qazanan qadının bugünkü cəmiyyətdə rolu daha da artıb. Böyük dramaturq Cəfər Cabbarlının “Sevil” əsəri ilə cəmiyyətimizdə hüquqları tapdalanan qadınlar müəyyən mənada maariflənərək, zəmanəyə və onun çirkin simalarına boyun əyməkdən imtina etdilər. Qadın kimdir? Onun rolu nədən ibarətdir? Ana, həyat yoldaşı, işgüzar xanım, millət vəkili, hüquqlarını bilmədiyinə görə təzyiq və zorakılıqlara məruz qalan zərif məxluq. Sevindirici haldır ki, seçilmiş qadınların arasında bizim dostlarımız da var. Onlardan biri – Nəzmiyyə Piriyeva haqqında söz açmaq istərdim. Neçə illərdir onu tanıyıram. Bilirəm ki, əslən Kəlbəcərdəndir. Sair-publisist, istedadlı yazıçı kimi cəmiyyətdə böyük nüfuz sahibidir, bədii yaradıcılıqla məşğuldur. Eyni zamanda ictimai-siyasi həyatda da yaxından iştirak edir. Belə ki, Nəzmiyyə xanım MDHP sedrinin mùşaviridir. Təhsil aldığı yer: ADPU-da təhsil alıb. Hazırda Bakının Sabunçu rayonu ərazisində yaşayır. Neçə illərdir ki, istər Sabunçu qəsəbəsinin, istərsə də Sabunçuya yaxın ərazilərin problemlərini yaxından bilir, burada yaşayan sakinlərə həmişə doğmalıq edib. Odur ki. Builki parlament seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 27 saylı Sabunçu 2-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizəd Nəzmiyyə Piriyeva seçki qabağı görüşlərini davam etdirir, rayon ərazisində yaşayan sakinlərin görüşünə gəlir. 1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının deputatlığa namizədi şair-publisist Nəzmiyyə Hicranın seçicilərlə görüşü oktyabrın 25-də oldu. Dövlət himniylə başlayan tədbiri şair-jurnalist Əntiqə Səməndər açıq elan etdi. Aparıcı seçicilərə Nəzmiyyi Piriyeva haqqında qısa məlumat verdikdən sonra sözü MDHP sədinin müavini Həbib Ələkbərsoya verdi. H.Ələkbərsoy MDHP və partiyanın sədri, millət vəkili Fərəc Quliyev adından tədbir iştirakçılarını salamladı, eyni zamanda bildirdi ki, hər hansı bir partiya tərəfindən namizədliyi irəli sürülən adam öz düşüncələrinin deyil, mənsub olduğu partiyanın prinsip və ideologiyasını hakimiyyətə daşımaq uğrunda mübarizə aparan biridir. O, dünya təcrübəsinə uyğun partiyaların seçki mübarizəsindən danışdı. Qardaş Türkiyədən də misallar gətirən natiq bildirdi ki, MDHP parlamentdə bir deputatla təmsil olunmasına baxmayaraq çoxsaylı ciddi təkliflərlə çıxış etmiş və onların da əksəriyyətinin həllinə nail olmuşdur. H.Ələkbərsoy qeyd etdi ki, bu, artıq MDHP-nin digər namizədlərinin necə fəaliyyət göstərəcəyinin zəmanətidir. Ardınca namizədə dəstək məqsədiylə gəlmiş fəxri qonaqlardan vəkillər kollegiyasının üzvü Elçin Əliyev, əməkdar jurnalist, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, şair Maisə Əsədullahqızı, şair-publisist Adil Həmid, şair Dilbər Sultan, jurnalist Ramilə Eminli, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman və digərləri çıxış edərək Nəzmiyyə Piriyevanın ictimai-siyasi fəaliyyətindən, türk dünyasında ölkəmizi necə təmsil etməyindən və çalışqanlığından danışdılar. Sonra seçicilərdən bir neçəsi çıxış edərək Nəzmiyyə xanımın sakinlər arasında olan hörmətindən və həmin ərazi üçün əlindən gələni etməsindən danışdı. Sakinlərdən Məhəbbət Aslanov və Balaxanı bələdiyyəsindən Rəfiqə Orucova daha çox Nəzmiyyə xanımın xeyriyyəçilik fəaliyyətindən danışdılar. Çıxış edən bütün sakinlər seçkidə seçicilərin ən çox Nəzmiyyə Piriyevaya səs verəcəyindən əmin olduqlarını bildirdilər. Namizədin vəkili Mehman Süleyman seçki prosesi ilə bağlı seçicilərə məlumat verdikdən sonra seçki platformasını açıqlamaq üçün sözü Nəzmiyyə xanıma verdi. Nəzmiyyə Piriyeva görüşə gələnlərə minnətdarlıq etdi, seçiləcəyi təqdirdə planlaşdırdığı seçki platformasının ən mühim məqamlarını qeyd etdi və sonda bildirdi: “Mənim Milli Məclisə seçilib-seçilməməyim şərt deyil, mənimçün vacib olan odur ki, Allah sizə vəkillik edə bilməyi həmişə mənə nəsib etsin - bu parlamentdə də ola bilər, başqa fəaliyyətlərdə də”. Namizədin çıxışından sonra seçici sulları cavablandırıldı və bununla da görüş başa çatdı. Lakin Nəzmiyyə xanım seçicilərlə məhəlli görüşlərin davam etdiyini və daha bir görüş tədbirin olacağını bildirdi. Görüşdən sonra seçkilərlə bağlı verilən sualımızı tam səmimi olaraq belə cavablandırdı: - Hər hansı bir partiyanı təmsil etməyimizə baxmayaraq, hər birimiz dövlətin ətrafında bir yumruq kimi birləşməli, tapdalanan hüquqlarımızı beynəlxalq ictimaiyyətə çatdırmalı, xalqımızın mənafeyini, həqiqətlərimizi dünya miqyasında müdafiə etməliyik. Deputat xalqının xidmətçisidir. O özünü cəmiyyətin içində məmur kimi aparmamalı, seçicilərinə biganə yanaşmamalı, vəzifəsindən sui istifadə etməməlidir. Mən deputat seçiləcəyim təqdirdə sakinlərimin probləmlərinin həll olunacağı qapıya bir dəfə deyil yüz dəfə gedəcəyəm. Təki o problemlər öz həllini tapana qədər. Öz şəxsi mənafeyinin müqabilində insanların səsini yalançı vədlərlə qazanmaq, insanları aldatmaq olmaz. Mən özümü millətimin vəkili olaraq görürəm. Və sonda onu demək istərdim ki, bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik seçki mühiti ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək. Ona görə də Milli Məclisə deputatlığa namizəd da deputat seçiləcəyi təqdirdə Nəzmiyyə Piriyevanı da bu siyasi mübarizənin önündə görmək istəyir, özünün fəaliyyətini geniş şəkildə davam etdirməyi arzulayırıq. Uğurlar nəsibiniz olsun, Nəzmiyyə xanım!
D.ƏMRƏKİ
Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed