Şrift:
Şirin su təhlükəsizliyi ilə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təklif
30.10.2015 [17:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin Qlobal şirin su böhranı və Azərbaycanın şirin su təhlükəsizliyi ilə bağlı belə bir təklif verilmişdir:

Ermənistanın Azərbaycana şirin su məsələsində problem yaratmasını beynəlxalq səviyyəyə qaldırmaq lazımdır.
- Ermənistanın Azərbaycana şirin su məsələsində problem yaratdığı beynəlxalq səviyyədə qaldırılsın. Həm də, Ermənistanının dağ rayonlarımızı işğal edərək dağ çaylarını və meşələri dağıtmasını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün müraciət hazırlansın. Bütün bunların fonunda Ermənistanla alternativ enerji mənbələrinin mühafizəsi istiqamətində hansısa əməkdaşlıqdan söhbət gedə bilməz.
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed