31.10.2015 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran və Azərbaycan vilayətlərində narkotik maddələri aludəçilərinin sayı durmadan artmaqdadır.
Güney Azərbaycanın Qərbi Azərbaycan Valiliyinin Ailə və Qadınlar işləri üzrə baş müdiri bu vilayətdə narkotik maddələrin qadınlar arasında geniş yayıldığından öz narahatçılığını vurğulayib.
Şəhla Tacfər Valilikdə keçirilən tədbirlərin birində Qərbi Azərbaycanda 4500 qadının narkotik aludəçisi olduğunu bildirib. O bəyan edib ki, “8 il öncə ölkədə qadınlar narkomanların 2.6 faizini təşkil edib, lakin cari ildə bu rəqəm 9.3 faizə çatıb.”
Ən çox qadın aludəçilərinin ali təhsilli xanımlardan ibarət olduğunu bildirən Ş.Tacfər, hazırda 101 narkoman qadının xüsusi mərkəzlərdə müalicə aldığını diqqətə çatdırıb.
Qərbi Azərbaycan Valiliyinin Ailə və Qadınlar işləri üzrə baş müdiri narkoman qadınların 50 faizinin 35 yaşdan kiçik olduqlarını bildirərək, qadınlar arasında narkomaniyanın yaşının azaldığını və bunun ailə təməllərinə ağır ziyan vurduğunu bəyan edib.

Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |