01.11.2015 [11:31] - Gündəm, Sosial
Azərbaycanda səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayı ABŞ-la müqayisədə daha çoxdur. Bunu ABŞ-dan olan müstəqil müşahidəçi, Texas ştatının sabiq konqresmeni Solomon Ortiz deyib.
Parlament seçkilərinin gedişatından məmnun olduğunu söyləyən sabiq konqresmen qeyd edib ki, müşahidəçi kimi ikinci dəfədir Azərbaycandadır: "Azərbaycanın seçkilərə olan münasibətindən məmnunam. Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var”.
S.Ortiz qeyd edib ki, artıq səhər saatlarından seçicilərin fəallığı müşahidə olunur: “Çox vətəndaş bazar günü səhər saatlarında məntəqəyə gəlir. Səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayı ABŞ-la müqayisədə daha çoxdur. Bu, demokratiyaya doğru yolda göstəricidir”.
Qeyd edək ki, S.Ortiz 7 seçki məntəqəsində olub.

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |