01.02.2012 [17:02] - Gündəm
“Ermənistan bizə Türkiyəyə təzyiq vasitəsi kimi lazımdır”
Moskva. Fərid Əkbərov-APA. Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin APA-nın Moskva müxbirinə müsahibəsi
- Rusiya prezidenti seçiləcəyiniz təqdirdə Rusiyanın Azərbaycanla münasibətləri necə olacaq?
- Azərbaycanla Ermənistan Dağlıq Qarabağ məsələsini Rusiyasız həll edə bilməz. Ona görə də, təklif edəcəyəm ki, Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə Zaqafqaziya Federal Vilayəti kimi daxil olsunlar. Federal vilayətə başçılıq əhalinin say çoxluğuna görə Azərbaycana verilməlidir, başçının müavinləri isə ermənilərdən seçilə bilər. Əgər Azərbaycan və Ermənistan bu təklifi qəbul etməsə, Cənubi Osetiya və Abxaziya kimi Dağlıq Qarabağın da müstəqilliyini tanıyacağıq.
- Bu gün Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyün tanıyır.
- Biz tanımayacağıq. Əgər tanısaq, Ermənistanla münasibətlərimiz pozulacaq. Ermənistan bizə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək üçün lazımdır. Azərbaycana Türkiyə mane olur. Əgər Türkiyə olmasaydı, Dağlıq Qarabağ problemi həll olunardı. Türkiyə nəhəng ölkədir, NATO üzvüdür. Onun güclü ordusu var. Ermənistan isə bizim sərhədimizi Türkiyə tərəfdən qoruyur. Ermənistan bizə bu səbəbdən lazımdır.
- Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini qəbul edib. Belə bir qanunun Rusiyada qəbulu mümkündürmü?
- Fransa senatının qəbul etdiyi qərarı müsbət qəbul edirəm. Bizdə belə bir qanun yoxdur. Belə bir qanunun qəbulu haqda təşəbbüs irəli sürməklə Azərbaycan və Ermənistanı qıcıqlandırmaq istəmirik. Necə yaşamaq istəyirsinizsə, elə də yaşayın. Siz Sovetlər Birliyinin tərkibində yaxşı yaşayırdınız, çıxan kimi dava-dalaşa başladınız. Mən şərqşünasam, 20 il bundan qabaq da bu sözləri demişdim. İsraillə ərəblər arasında müharibə heç zaman bitməyəcək. Azərbaycan və Ermənistan arasında da həmçinin. Bu problemi yalnız və yalnız Rusiya həll edə bilər. İstəmirəm ki, Azərbaycanla Ermənistan arasında müharibə olsun. ATƏT-in Minsk qrupu, Fransa və başqaları heç bir zaman problemin həllinə kömək edə bilməyəcək. Biz Ermənistanı heç bir zaman tək qoya bilmərik. Çünki Türkiyə bizi birbaşa hədələyir. Türkiyənin “3-cü səhra ordusu” planından xəbəriniz var? Onlar bütün Qafqazı, Voroneji, Volqoqradı, Rostovu zəbt etmək istəyirlər. Biz buna imkan verə bilmərik.
DAVAM.AZ bildirir ki, Jirinovski MİLLƏTÇİ deyil FAŞİSTDİ.

Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |