01.11.2015 [12:05] - Gündəm, Sosial
"Seçkilər" Media Mərkəzi - Seçkilərin nəticələri ilə bağlı ilkin məlumatları gecə saat 00:00-dan sonra əldə etmək mümkün olacaq. Ancaq bu, rəsmi nəticə hesab edilməyəcək”. Secki-2015.az saytının məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, məntəqələrdən dairələrə və dairələrdən də MSK-ya seçki protokollarının daxil olması iki gün ərzində başa çatacaq: “Bütün proses həm yerlərdə, həm də MSK-da müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək”.
M. Pənahov bildirib ki, müşahidəçilərin də müəyyən hüquqları var: “Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Onlar ancaq qeydiyyat apara və əgər xoşagəlməz hal olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidirlər”.
MSK sədri 4 şirkətin “exit-poll” keçirəcəyini xatırladıb, seçiciləri burada fəal iştirak etməyə dəvət edib.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |