Şrift:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası: Azərbaycanda seçkilər açıq və şəffaf keçirilib, güclü rəqabət olub
02.11.2015 [10:50] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər açıq və şəffaf keçirilib, güclü rəqabət olub. Seçkilər Azərbaycanın milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirilib.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) noyabrın 1-də Azərbaycanda keçirilən Milli Məclisə Seçkiləri Müşahidə Missiyasının bu gün keçirilən mətbuat konfransında TDƏŞ-in Baş katibinin müavini Ömər Kocaman bildirib.

Ö.Kocaman qeyd edib ki, Türk Şurası Katiblyi, Türk Akademiyası və Türk Şurasına üzv dövlətlərin (Qazaxıstan, Qırğızıstan və Türkiyə) nümayəndələrinin daxil olduğu Müşahidə Missiyası oktyabrın 29-dan etibarən işə başlayıb: "Missiya Bakıda və Gəncədə seçkiləri müşahidə edib. Ümumilikdə missiya Bakıda 18, Gəncədə 25 olmaqla, 43 seçki məntəqəsində seçkiləri müşahidə edib".

Ö.Kocaman əlavə edib ki, məntəqələri ziyarət etdiyi zaman missiya inzibati və hüquq-mühafizə orqanları tərəfindən müdaxilə hallarına rast gəlməyib: "Missiya seçki öncəsi kampaniya zamanı və seçki günü heç bir hüquq pozuntusu müşahidə etməyib. Seçkiləri ədalətli və qərəzsiz müşahidə etmək üçün yerli və xarici müşahidəçilərə lazım olan hüquqi və təşkilatı şərait yaradılıb".
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed