Şrift:
Sepah-ın daha bir komandiri Suriyada öldürülüb
02.11.2015 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha bir komandiri Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.
“Sepah”ın Tehran əyalətindəki qüvvələrindən olduğu bildirtilən 27 yaşlı Höccət Əsğəri bir neçə gün əvvəl Suriyanın Hələb Şəhərində İŞİD qüvvələrinə qarşı keçirilən hərbi əməliyyat zamanı İŞİD-çilərin gülləsinə tuş gəlib. Onun Suriyaya nə vaxt göndərildiyi bilinmir. İran mənbələrinin yaydığı məlumata görə, Höccət Əsğərinin meyiti ölkəyə gətirildikdən sonra oktyabrın 30-da İranın Rey şəhərində dəfn edilib.

Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə Suriya hökumətini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed