Şrift:
Marağa Universitetinin rəhbərliyi tələbələrin kitab sərgisinə “Azərbaycan” adı verilməsinə qarşı çıxıb
02.11.2015 [13:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağa Universitetinin rəhbərliyi tələbələrin bu təhsil ocağında keçirdiyi kitab sərgisinə “Azərbaycan” adı verilməsinə qarşı çıxaraq buna icazə verməyib.
“GAMAC” təşkilatının yaydığı məlumata görə, sərgiyə çıxarılan kitabların əksəriyyəti Azərbaycanın türk dili və ədəbiyyatı, folkloru, tarixi və mədəniyyəti ilə əlaqədar olduğunu nəzərə alaraq Marağa Universitetinin tələbələri həmin sərgini “Azərbaycan kitab sərgisi” adı altında keçirmək istəyiblər. Lakin universitet rəhbərliyi və ona yaxın məsul şəxslər azərbaycanlı tələbələrin bu istəyini rədd edərək sərginin sadəcə olaraq “Kitab sərgisi” adı ilə keçirilməsinin mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, marağalı tələbələrin keçirdiyi kitab sərgisi otyabrın 29-da açılıb və noyabrın 6-a qədər fəaliyyət göstərəcək.

Xatırladaq ki, Marağa şəhəri İranın Şərqi Azərbaycan əyalətinin ən qədim şəhərlərindən biri sayılır.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed