Şrift:
Əli Əzizi azadlığa buraxılıb
02.11.2015 [13:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 29-da (abanın 5-də) Urmiyədə Soheyl Dəiyi və Əmir İbrahimli ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan fəal sərbəst buraxılıb.
Məlumata görə, Əli Əzizi 24 saat saxlandıqdan sonra azad edilib.

Xəbər verdiyimiz kimi, Soheyl Dəiri və Əmir İbrahimli də Urmiyənin “9 Pillə” təcridxanasında bir gün saxlandıqdan sonra azadlığa buraxılıb.

Qeyd edək ki, “oktyabrın 21-də Urmiyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə “Sərmayə bankı” takımı arasında keçirilən müsabiqədə soydaşlarımız bir çox milli və mədəni şüarlar səsləndirmişdir. Yeni azadlığa buraxılan fəalların saxlanılması həmin müsabiqə ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed