Şrift:
Urmiyədə Qulam Qulizadə məhkəməyə çağırılıb
03.11.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Urmiyə məhkəməsinə çağırılıb.
Qulam Qulizadənin məhkəməyə çağırılma səbəbi məlum deyil. Urmiyə Cəza Məhkəəsinin 107-ci şöbəsi tərəfindən göndərilən çağırış vərəqəsində, çağırışın səbəbi konkret göstərilməyib. Vərəqədə sadəcə “əleyhinizə şikayət var” deyə yazılıb və bunun özü də İran məhkəmə sistemində qanunsuzluq və ədalətsizliyə dəlalət edir.

Azərbaycanlı fəal noyabrın 9-u (abanın 18-i) yerli vaxtla saat 9:30-da məhkəməyə müraciət etməlidir.

Xatırladaq ki, Q.Qulizadə bundan öncə 2015-ci il iyunun 7-də (1394-cü il xordadın 17-də) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutulmuşdur. O həmçinin 2013-cü il iyunun 28-də (1392-ci il tirin 7-də) İşgəncələrə qarşı Beynəlxalq Mübarizə Gününü ağırlamaq üçün Səhənd dağının ətəklərinə gedərkən daha 35 nəfər fəalla birlikdə yaxalanmışdır.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed