Şrift:
Sepah-ın daha bir üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
03.11.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha bir üzvü, Həmid Fatimi Mombini Suriyada gedən döyüşlərdə həlak olub.
İranın Xuzistan əyalətindən Bəşər Əsəd rejiminə yardım göstərmək üçün Suriyaya göndərilən “Sepah”çı Həmid Fatimi Mombini bir neçə gün əvvəl bu ölkənin Hələb şəhərində İŞİD qüvvələrinə qarşı həyata keçirilən hərbi əməliyyatda öldürülüb. Onun meyitinin ölkəyə gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə Suriya hökumətini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed