03.11.2015 [12:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin rəisi müxtəlif sahələrdə qeyri-fars sözlərin istifadə edilməsindən öz narahatlığını bildirib.
Qulaməli Həddad Adil “Fars” xəbər agentliyinin müxbiri ilə danışarkən, “Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin təklif etdiyi terminlərin mətbuatda istifadə edilməsi məsələsinə işarə edib: O bildirib ki, “mətbuat işçiləri bəzi vaxtlar bizim sözümüzə qulaq asır və qeyri-fars sözləri işlətmirlər, lakin elə vaxtlar olur ki, onlar bəzi dinləmir.”
Xarici terminlərin istifadəsindən narahat görünən H.Adil vurğulayıb ki, “qeyri-fars kələmələr ən çox idman (vərziş) sahəsində istifadə olunur və məşqçilər xarici kələmələrdən istifadə etməyə meyillidir. Lakin onların əksəriyyəti belə olsa da, bəziləri bizi dinləyir və bu məsələni riayət edirlər.”
“Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin rəisi sözlərinin sonunda fars dilinin dəstəklənməsini vacib sayaraq bəyan edib ki, “Kütləvi informasiya vasitələrində fars dili qorunmalıdır. biz çalışırıq ki, Teleradio (səda və sima) Şirkəti fars dilinə dəstək verməkdə bir nümunə olsun. Əlbəttə ki, kütləvi informasiya vasitələrinin əsas müdirləri də bunu istəyir.”
Qeyd edək ki, ölkə rəhbərliyi dövlət dəstəyi altında qorunub və saxlanılan fars dilinin unudulacağından o halda narahatdır ki, İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində təhsil almaq hüququndan məhrumdur. Fars dilinin qorunub inkişaf etdirilməsinə dövlətin bütün orqanlarından dəstək istəyən məsullar, türk dilini uzun illərdir dövlət zərbəsi altında saxlayır və bu dilin qorunmasını tələb edən fəallara qarşı müxtəlif yollarla təzyiq göstərirlər. Hazırda Azərbaycan türklərinin mədəni hüquqlarını tələb edən onlarla fəal, İran həbsxanalarında məhbus həyatı yaşayır.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |