03.11.2015 [12:45] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər
Parlament seçkilərinin ilkin nəticələriylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası açıqlama yayıb. Partiya Ali Məclisinin Yuxarı Palatası tərəfindən qəbul edilmiş qərar əsasında verilimiş açıqlamanın mətni belədir:
"1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 63 namizəd irəli sürülmüşdü. MDHP-nin irəli sürsüyü namziədlərdən 17-si rəsmən qeydiyyata alınıb və seçki marafonuna qoşulmuşdur. Parlament seçkilərində 17 namizədlə mübarizə aparan MDHP verilmiş imkanlar daxilində aktiv təbliğat siyasəti qura bilmiş, təbliğt-təşviqat kampaniyasını uğurla həyata keçirə bilmişdir.
MDHP-nin mübarizə apardığı 17 dairədə isə bütün məntəqələr üzrə partiyanın müşahidəçiləri, vəkilləri və səlahiyyətli nümayəndələri vasitəsiylə seçki prosesi əvvəldən axıra tam müşahidə edilmiş, seckilərin tamamilə şəffaf və demokratik keçirilməsinə baxmayaraq müəyyən məntəqələrdə nöqsanlar olmuş,qeydə alınmış nöqsanlar üzrə müvafiq addımlar atılmış və aradan qaldırılmışdır. Bu dairələrin hər birində MDHP-nin namizədləri xeyli səs toplasa da ilkin nətiçələrə görə, partiya tərəfindən 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Quliyev Fərəc İbrahim oğlu ciddi rəqabətlə müşayət olunan yarışda səslərin çoxunu qazanaraq rəqiblərini üstələyib. Digər 16 dairədə isə MDHP-nin namizədləri 2-ci yerdə və ya ilk üçlükdə qərarlaşıblar.
MDHP Ali Məclisi Yuxarı Palatası belə bir qənaətə gəlir ki,nəticələrə təsir etməyən xırda pozuntular istisna olmaqla seçki qanunvericiliyə uyğun keçirilib, partiyanın namizədlərinə və onları təmsil edən nümayəndələrə qarşı hər hansı təzyiq göstərilməsi halları qeydə alınmayıb. Şəffavlığın təmini baxımından ötən seçkilərə nisbətən daha qənaətbəxş olan bu seçkidə, KİV-nin iştirakına daha da geniş şərait yaradılıb.
Yuxarıda sadalananlar əsasında, MDHP Ali Məclisi Yuxarı Palatası belə bir qənaətə gəlir ki, əgər Milli Məclisə keçirilən seçkilərdə majoritar qayda ilə yanaşı, proporsional sistem də tətbiq edilərsə, MDHP Parlamentdə çoxsaylı ciddi bir fraksiya ilə təmsil olunar. Həmişə Proporsional seçkinin tərəfdarı kimi çıxış edən MDHP ümid edir ki, növbəti Parlament seçkilərində majoritar qayda ilə yanaşı proporsional seçki sistem də tətbiq edilərək partiyalara daha uğurlu siyasi mübarizə şəraiti yaradılacaq."
Açıqlamanın sonunda MDHP bütün qələbə qazanmış namizədləri təbrik edərək, yeni formalaşcaq Parlamentin millətimiz üçün uğurlu olmasını diləyib.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |