03.11.2015 [13:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda islahat tərəfdarı olan jurnalistlər İsa Səhərxiz və Ehsan Mazəndərani tutulub.
“Sepah” qüvvələri tanınmış jurnalist İsa Səhərxizi noyabrın 2-si sübh saatlarında şəxsi mənzilində tutub naməlum istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, jurnalistə məxsus bir sıra əşyalar götürülüb. Hadisədən az sonra “Azadlıq” radiosunun fars redaksiyasına açıqlama verən jurnalistin oğlu Mehdi Səhərxiz deyib ki, atası sistemə qarşı təbliğat aparmaqda, İranın dini liderini təhqir etməkdə və qanunsuz toplantılaraq qatılmağa cəhddə günahlandırılaraq həbs edilib.
İranın keçmiş prezidenti Məhəmməd Xatəminin hökumətində İslami İrşad və Mədəniyyət Nazirliyinin daxili mətbuat bölməsinin baş direktoru vəzifəsində çalışan İsa Səhərxiz 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı tutulub 5 il həbsə məhkum edilsə də, 2013-cü ildə mülk girovu qarşılığında azadlığa buraxılıb.
Həmin gün bir çox islahat tərəfdarı qəzet və jurnallarla əməkdaşlıq etmiş gənc jurnalist, “Fərhixteqan” qəzetinin məsul müdiri Ehsan Mazəndərani ETTELAAT məmurları tərəfindən tutularaq Tehranın Evin zindanına köçürülüb. Onun konkret nədə günahlandırıldığı bilinmir.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |