Şrift:
Azərbaycan və Qazaxıstan müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək
03.11.2015 [13:44] - Gündəm, Türk dünyası-Turan
Noyabrın 3-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın Müdafiə naziri cənab İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Müdafiə nazirinin səfəri noyabrın 5-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed