Şrift:
Urmu gölü haqqında sənədli film çəkilib
03.11.2015 [13:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun illərdir azərbaycanlıların gündəmində olan Urmu gölü böhranı müxtəliff vasitələrlə tərənnüm və təsvir edilir.
Son məlumata görə, gölün haqqında “Tənha göl” adlı sənədli film çəkilib.

Filmin rejissoru (yönətmən) Məhəmməd Ehsanidir. Film Almaniyanın “Yaşıl hərəkat” və Çexiyanın (Çek) “Eko film” festivalının müsabiqəsində iştirak edir.

Filmdə Urmu gölü faciəsi ekoloji və sosial açıdan təsvir edilir.

Qeyd edək ki, hazırda 95 faizi quruyan Urmu gölü uzun illərdir Güney Azərbaycanda şeirlər mövzusudur və bir çox musiqi parçası o cümlədən Rep musiqisi və aşıq mahnıları ilə tərənnüm edilir. Bundan başqa, Urmu gölü ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarında səsləndirmək üçün, bir çox şüar yaradılıb. Bütün bunlar bu günə qədər İran rejimi tərəfindən eşidilməyib və gölün böhranı ilə bağlı heç bir əməli addım atılmayıb.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed