Şrift:
Sepahın daha 2 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb
04.11.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun daha 2 üzvü, Həmidrza Fatimi Əthər və Seyid Səccad Hüseyni Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.
İran mənbələrinin yaydığı məlumata görə, “Sepah”çılar Həmidrza Fatimi Əthər və Seyid Səccad Hüseyni noyabrın 1-də Suriyanın Hələb şəhərində Bəşər Əsəd qüvvələri ilə birlikdə İŞİD-ə qarşı həyata keçirilən “Məhərrəm” adlı hərbi əməliyyat zamanı həlak olublar. İŞİD-in öldürdüyü “Sepah”çıların meyitlərinin ölkəyə gətirilib-gətirilmədiyi barədə məlumat yayılmayıb.

Xatırladaq ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə Suriya hökumətini qorumaq məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed