Şrift:
Şiddətli soyuqlar Şərqi Avropada 79 nəfərin həlak olmasına səbəb olub
02.02.2012 [10:35] - Xəbərlər
Avropanın şərqindəki güclü kar yağması və şiddətli soyuqlar səbəbi ilə həlak olanların sayı 79-a çatıb.

Son 24 saat ərzində 6 nəfərin şiddətli soyuqlar səbəbi ilə həlak olduğu Rumıniyanın Qara dəniz sahillərindəki bəzi əraziləri donub.

Bolqarıstanın 16 şəhərində isə son 100 ildəki ən aşağı səviyyəyə düşüb.

Şiddətli soyuqlar nəticəsində Serbiyada 5 nəfər ölüb.

Qarın hündürlüyünün 2 metrə çatdığı Bosniya-Herseqovinanın şimalındakı yaşayış məntəqələrində isə iki gündür elektrik yoxdur.

Ən çox ölüm isə hava temperaturunun -28 dərəcəyə düşdüyü Ukraynadır. Bu ölkədə soyuqlar evsiz 43 nəfərin həyatına son qoyub. 720 nəfər isə donvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Rəsmilər Kiyevdə evsizlər üçün isti çay və yemək paylayan 1730 çadır qurulduğunu bildiriblər.

Polşada da havanın hərarəti -28 dərəcəyə düşüb. Son 5 gün ərzində bu ölkədə 20 nəfər şiddətli soyuqlar nəticəsində ölüb.

Rusiyanın paytaxtı Moskvada isə 1 nəfər dondurucu soyuqlar səbəbindən həlak olub.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed