04.11.2015 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda fərdi və ictimai azadlıqların məhdud olması və iqtisadi gərginlik, cəmiyyətdə bir çox problemlərə yol açıb.
Qərbi Azərbaycan Asayiş Polisinin (Aqahi İdarəsi) rəsmisi bildirib ki, “bu ilin birinci 7 ayında 2428 nəfər oğurluqda şübhəli şəxs qismində yaxalanıb. Onlardan 74 faizi narkotik aludəçisi və 67.9 faizi isə işsiz olub.”
Polkovnik (sərhəng) Saman Qənizadə jurnalistlərlə görüşdə, Asayiş Polisinin ilin birinci 7 ayında fəaliyyəti ilə bağlı məlumat verərkən oğurluqda şübhəli bilinən şəxslərin yaxalanıb və məhkəmə orqanlarına təhvil verildiyini bildirib.
Asayiş Polisinin rəsmisi oğurluğun əsas səbəblərinə toxunaraq şübhəli şəxs qismində tutulanların 67.9 faizi yəni 1651-nin işsiz olduğunu xüsusi diqqətə çatdırıb.
Polkovnik S.Qənizadə əlavə edib ki, tutulan şəxslərin əksəriyyəti 20-30 yaş arasında olub.
Qeyd edək ki, Azərbaycan vilayətləri, xüsusi ilə də Qərbi Azərbaycan əhalisi işsizlik problemindən ciddi əziyyət çəkir. Hətta yerli məsullar dəfələrlə Qərbi Azərbaycanda yüz minlərlə ali təhsilli şəxsin işsiz olduğu barədə açıqlama verib və xəbərdarlıq ediblər. Bütün bunlara baxmayaraq bölgə əhalisi gündən günə yoxsullaşır və iş yerləri iqtisadi gərginlikdən dolayı bağlanılır.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |