04.11.2015 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun daha bir komandiri, Əli Hüseyni Aləmi Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.
“Sepah”ın İranda yaşayan əfqanlı döyüşçülərdən ibarət “Fatimiyyun” briqadasının komandirlərindən olan Əli Hüseyni Aləmi noyabrın 2-də Suriyanın Hələb şəhərində İŞİD qüvvələrinə qarşı həyata keçirilən hərbi əməliyyatda həlak olub. Onun Suriyaya nə vaxt göndərildiyi və meyitinin ölkəyə gətirilib-gətirilmədiyi bilinmir.
Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son həftələrdə Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |