Şrift:
Fərəc Quliyev: - ƏDALƏTSİZLİK EDİRLƏR
04.11.2015 [11:40] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“AŞPA-nın bəyanatı bizim üçün göstərici deyil. Birinci dəfə deyil ki, Azərbaycan barədə qərəzli mövqedədirlər. Ona görə açığını deyim ki, mən onların nə dediyinə heç əhəmiyyət də vermirəm”.

Milli Məclisə yenidən deputat seçilən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, Qərb Azərbaycanı bu cür bəyanatlarla sıxışdırmaq yolunu düzgün seçməyib:

“Beynəlxalq qurumlardan kimsə ikili standartlarla Azərbaycana təsir göstərmək istəyirsə, məncə, bu alətdən istifadə etməməlidir. Azərbaycanın daha normal, daha yaxşı seçki keçirməsi üçün proporsional və majoritar seçkinin birgə tətbiqi üçün cəhdlər olsa, bu, daha doğru olar, nəinki Azərbaycanı sıxışdırmaq”.

AŞPA-nın 3 deputatının fərqli mövqeyinə gəlincə, deputat 1-2 nəfərin ayrı fikir yürütməsini subyektiv sayır:

“Həqiqətən də, ədalətsizlik edirlər. Əksər məntəqələrdə kameralar quraşdırılmışdı, canlı yayım var idi. Təbliğat kampaniyası zamanı da kim harda, necə görüş istədisə keçirdi.

Köhnə havanı çalmaq, kim harda döyülüb, əvvəllər nə olub məsələsini gətirib bu seçkiyə yapışdırmaq qərəzli münasibətdir. Seçki dönəmində heç kimə toxunulmayıb, heç bir QHT üzvünə, rəhbərinə və ya jurnalistə, namizədə təzyiq olmayıb”.

Fərəc Quliyev ABŞ Dövlət Departamentinin də narahatçılığını əsassız və yanlış adlandırır, ancaq deyir ki, bu cür mövqe iki ölkə arasındakı əməkdaşlığa kölgə sala bilməyəcək.

Azadjıq Radiosu
Bu xəbər oxucular tərəfindən 1287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed