04.11.2015 [11:47] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Noyabrın 1-də vətəndaşlar səsvermədə aktiv iştirakla yanaşı, yüksək seçki mədəniyyəti də göstəriblər
31 saylı Suraxanı ikinci seçki dairəsində daha çox səs toplamış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də heç bir ayrı-seçkiliklə və ya əngəllərlə rastlaşmadıqlarını bildirdi: “Partiyamızın Ali Məclisinin Yuxarı Palatası bəyanat yayaraq nəticələrə təsir etməyən xırda pozuntular istisna olmaqla, hər şeyin qanun çərçivəsində olduğunu bildirib. Namizədlərimiz arasında yeganə qalib mən olsam da, prosesin çox ədalətli keçdiyini bildirməliyəm. Digər namizədlərimiz siyahıda 2-ci və ya 3-cü yerləri tutdular. Seçkilər, kimin nə deməsindən asılı olmayaraq, tam şəffaf keçirildi. Bilirsiniz ki, məntəqələrdə kameralar quraşdırılmışdı deyə, bütün proses izlənilirdi. Seçkidə iştirak edən KİV nümayəndələrinin də sayı əvvəlki illərdən çox idi. Onlar da bildirirlər ki, heç bir müdaxilə görməyiblər. Mən də müxalifətçi namizəd kimi deyirəm ki, təbliğat dövründə maneçiliklərə rastlamamışam. Hamıya bərabər imkanlar yaradılmışdı. Bizim namizədlərin də heç birinə qarşı süni əngəllər törədilməyib. Broşürlərimizi istədiyimiz şəkildə hazırlayıb paylamışıq, istədiyimiz görüşləri keçirmişik. Əgər kimsə rəqibinə uduzubsa, bunu qəbul etməyi bacarmalıdır. Cığallıq etmədən rəqibin əlini sıxmaq lazımdır. Kiçik nöqsanlar olmasına baxmayaraq, seçki demokratik qaydalar çərçivəsində baş tutdu. Əsas odur ki, həmin nöqsanlar seçkinin nəticəsinə təsir etmək gücündə deyil. Bizim iştirak etdiyimiz məntəqələrdə neqativliklər müşahidə olunan kimi dərhal müvafiq strukturlara məlumat verirdik və bunlar aradan qaldırılırdı. Nöqsanların olmasını heç kim gizlətmir. MSK özü də məlumat verdi ki, müəyyən mənfi hallar qeydə alınıb. Amma onların heç biri seçkinin nəticələrinə təsir etmir. Məzahir Pənahov bildirdi ki, əgər belə hal qeydə alınarsa, biz seçki nəticəsini ləğv edə bilərik. Bu da seçkinin qanun çərçivəsində keçdiyini göstərən məqamlardandır. Bunu təkcə mən demirəm, beynəlxalq müşahidəçilər də bildirir”.
F.Quliyev bəzi xarici təşkilatların nəticələri kölgə altına almağa cəhd etdiyini, amma belə halların yolverilməz olduğunu da söylədi: “Bu, anormal davranışdır, qərəzlilikdir. Burada müşahidəçilik edənlər mənfi fikir bildirmədilər. Amma kimlərsə kənardan guya bizi tənqid edirlər. Hamı bilir ki, onlar əvvəldən ölkəmizə qarşı qərəzli münasibət sərgiləyənlərdir. Ciddi adamlar, ciddi təşkilatlar seçkiləri obyektiv qiymətləndirdilər və hər şeyin normal baş tutduğunu söylədilər”.
Şəfa Tapdıq

Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |