05.11.2015 [09:50] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Saypa” takımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.
İran kubokunun dörddə bir mərhələsi çərçivəsində keçirilən müsabiqə Tehranın Dəstgerdi stadionunda baş tutub.
Məlumata görə, “Traxtur” tərəfindən Həmzə Yunis 8-ci və Şahin Saqibi 66-cı, “Saypa” tərəfindən isə Əli Zeynali 34-cü dəqiqədə qol vurublar. Bununla da “Traxtur-Saypa” yarışması (2 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.
Bildirək ki, müsabiqə boyu “Traxtur” tərəfdarları Azərbaycan futbolunun düşməni kimi tanınan İran Futbol Federasyonunun əkleyhinə şüarlar səsləndiriblər. Soydaşlarımız “Traxtur”un keçmiş müsabiqələrində baş verən qərəzli ssenarilərə görə Liqa Təşkilatının rəisi Mehdi Taca qarşı da şüarlar səsləndiriblər.

Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |