Şrift:
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
02.02.2012 [10:59] - Sağlıq
Mürsəl Həmidov: “Mümkündürsə, əhali əsassız, lazımsız yerə təcili yardıma müraciət etməsin”


Bakı şəhəri Təcili və Təxurəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə APA-ya stansiyanın baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, əhalidən hava şəraiti ilə əlaqədar zərurət olmadığı təqdirdə küçəyə çıxmamaq və avtomobillərdən istifadə etməmək xahiş olunur: “Maşınların hərəkəti çox çətindir. İnsanlar hərəkət edə bilmir. Əsassız küçəyə çıxmaq özünü travma almağa atmaq və həyatı risqə qoymaq deməkdir. Xüsusən də yaşlı insanlar bir balaca yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil”.

M. Həmidov əhalini təcili yardımı əsassız yerə çağırmamağa da səsləyib: “Mümkünsə, əhali əsassız, lazımsız yerə təcili yardıma müraciət eləməsin. Bəzən adi həkim reseptinə görə zəng eləyəb təcili yardım çağırırlar ki, bunu necə qəbul eləyək. Bunu telefonla məsləhət də almaq olar. Və yaxud da zəng edirlər ki, gəlin uşağı bələməyə mənə komək edin. Elə elementar şeylərdən ötrü təsili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. İnsanlara tövsiyəm ondan ibarətdir ki, ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda yüksək hərarət,insult , infarkt, yüksək təzyiq olan hallarda təcili yardım cağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır”.
Bu xəbər oxucular tərəfindən 2074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed