05.11.2015 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mərənd şəhərinin prokuroru (dadistan) bir nəfərin kimyəvi turşu (əsid) ilə 20 və 22 yaşlı iki bacıya hücum etdiyini bildirib.
Hadisənin oktyabrın 31-də (abanın 9-da) baş verdiyini bildirən Hüseyn Fəthi şübhəli şəxsin artıq yaxalandığını deyib.
Prokurorun sözlərinə görə, bu hadisə təmami ilə şəxsi zəmində baş verib və təhlükəsizlik məsələləri ilə heç bir əlaqəsi yoxdur.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, Bundan əvvəl İranda qadınlara qarşı kimyəvi turşu hücumları dəfələrlə qeydə alınıb. Hücumların əksəriyyəti hicabsız xanımlara qarşı və naməlum şəxslər tərəfindən həyata keçirilib. Bəzi məlumatlara görə, belə hücumlar adətən radikal Bəsic qüvvələri (hökumət tərəfdarları yarım silahlı dəstələr), bəzi hallarda isə qadınların kişi qohumları və ya rədd etdikləri kişilər tərəfindən törədilir.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |