Şrift:
Bazirgan gömrüyündə yenidən gərginlik yaşanır
06.11.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanda “Bazirqan-Gürbulaq” keçid məntəqəsində növbəti dəfə gərginlik yaranıb.
Bazirqan tərəfində çoxsaylı yük maşınının Türkiyəyə çıxış icazəsi almaq üçün növbə gözlədiyi bildirilir. Məlumata görə, artıq yük daşıyan maşınların 12 kilometrə qədər uzanan növbəsi yaranıb.

Son zamanlar tez-tez təkrar olan bu vəziyyət sürücülərin ciddi etirazına səbəb olub.

İran mətbuatının yaydığı məlumatda bildirilir ki, “Bazirqan-Gürbulaq” keçid məntəqəsində yaşanan problemlər bir başa Türkiyə tərəfi ilə bağlıdır. İran tərəfi 24 saat işləməyə hazırdır, lakin Türkiyənin gömrük işçiləri terror hadisələri və təhlükəsizlik məsələləri ilə bağlı iş yerlərini erkən tərk etməlidirlər və bu məsələ gömrük işini ləngidir.”

Qeyd edək ki, İranla Türkiyə arasında “Gürbulaq-Bazirqan”, “Razi-Kapıköy” və “Əsəndərə-Sero” sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Son aylarda Türkiyənin İranla sərhəd məntəqələrində terror aktlarının artdığı səbəbindən adını çəkdiyimiz keçid məntəqələrinin fəaliyyətində problem yaranmışdır. Keçən günlərdə hər üç keçid məntəqəsinin açıq olduğu və adi vəziyyətdə fəaliyyət göstərdiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed