Şrift:
«Azercell» abunəçiləri həftənin bir günü pulsuz danışacaq
02.02.2012 [12:15] - Gündəm
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell» şirkəti yeni kampaniyaya başlayıb. Şirkətdən verilən məlumata görə, kampaniya müddətində abonentlər hər 7 gündən 1-ni pulsuz danışmaq imkanı qazanacaq.

Bu gündən start verilən Pulsuz Danışıq Günü adlı kampaniyanın xüsusi bir şərti və tələbi yoxdur. Abunəçi 5 manat və ya daha yüksək nominallı «SimSim» danışıq kartını balansa yükləməklə, növbəti 7 gündən birini şəbəkə daxilində pulsuz danışacaq. Abonentin pulsuz danışacağı gün sistem tərəfindən avtomatik seçilir və kart yüklənəndən sonra növbəti 7 gündən birinə təyin olunur. Abonentə kart yüklədikdən sonra maksimum 90 dəqiqə ərzində kampaniyaya qoşulması haqqında məlumat verilir.

Kampaniya fevralın 29-dək davam edəcək və əgər abonent fevralın son günündə kampaniyaya qoşularsa, onda onun pulsuz danışıq günü mart ayının ilk həftəsinə təsadüf edəcək.

Qeyd edək ki, hər bir abonent 7 təqvim günü ərzində yalnız bir dəfə kampaniyada iştirak edə bilər. Əgər abonent 7 gün ərzində bir neçə dəfə kart yükləsə, onda həmin yükləmələr kampaniyaya aid edilməyəcək. Qeyd edilmiş 7 gündən sonra o, yenidən kampaniyaya qoşula bilər. Abonent istədikdə, kampaniyada iştirakdan imtina da edə bilər.

Pulsuz Danışıq Günü-nə qoşulan abonentlər istənilən vaxt 1010 qısa nömrəsinə boş SMS göndərməklə kampaniya haqqında məlumat ala biləcək.
Bu xəbər oxucular tərəfindən 1306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed