Şrift:
İrandan Amerika mallarının idxalına qadağa
07.11.2015 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda anti-Amerika əhvalı davbam edir. Ölkə rəhbərliyi Amerika Birləşmiş Ştatlarından (ABŞ) istehlakçı mallarının idxalına qadağa qoyur.
Məlumata görə, bu barədə İranın Ticarət və Sənaye naziri Məhəmməd Rza Nemətzadə sərəncan imzalayıb. Sərəncamda bildirib ki, “Amerikadan istehlak mallarının gətirilməsini dayandırmaq və ölkədə Amerikanın mövcudluğunu simvolizə edən məhsulları qadağan etmək lazımdır”.
Bu sərəncam İranın əyalətlərində fəaliyyət göstərən təşkilatların rəhbərlərinə və rəhbər müavinlərinə göndərilib.
Nazir bildirir ki, sərəncam ötən ay İranın ali dini lideri Əli Xamenei-nin prezident Həsən Ruhani-yə göndərdiyi məktubla üst-üstə düşür. Məktubda yerli istehsalın artırılmasına çağırış vardı.
İranın sərt xətt tərəfdarları ABŞ-ın İranda nüfuzunun artması barədə xəbərdarlıq edirlər.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed