Şrift:
Aydın Zakiri açıq məhkəmə tələb edir
07.11.2015 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal açıq məhkəmə tələb edir.
Aydın Zakiri Meşginşəhr Məhkəməsinə yazdığı məktubda, məhkəmə iclasının münsiflər heyəti və azad jurlanislərin qatılımı ilə keçirilməsini istəyib.

Bundan öncə də dəfələrlə açıq məhkəmə tələbi irəli sürən fəal bu dəfə rəsmi məktub yazaraq anayasanın 168-ci əslinin icrasını istəyib.

İran anayasasının 168-ci əslinə əsasən siyasi və ya mətbuatla bağlı ittihamlara açıq məhkəmə iclasında baxılmalıdır. Anayanın bu əsli münsiflər heyəti və azad jurnalistlərin məhkəmə iclasına qatılma tələbini təmin edir.

A.Zakiri həmçinin onun əleyhinə şikayət edən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) nümayəndəsinin də məhkəmə iclasına qatılmasını tələb edib.

Qeyd edək ki, adını çəkdiyimiz fəal ötən il yayda Savalan dağına gedərkən bir neçə fəalla birlikdə yaxalanıb və qısa müddət saxlanılıb. Azərbaycanlı fəal həmçinin ötən Dünya Ana Dili Günündə yaxalanıb, ilk öncə ETTELAAT idarəsi sonra isə Meşginşəhr zindanına intiqal edilib. O 21 gün saxlandıqdan sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed