07.11.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (Sepah) ilə əlaqədə olduğu bildirilən 5 nəfər ölkə vətəndaşlığından çıxarılaraq həbsə məhkum edilib.
Noyabrın 5-də Bəhreynin baş prokuroru Əhməd əl Hemadi bəyanat yayaraq bildirib ki, ölkənin cəza məhkəməsində “Sepah”la əaqədə olmaqda və terrorçu fəaliyyətlərdə təqsirli bilinən 5 nəfər həbsə məhkum edilməklə bərabər həm də ölkə vətəndaşlığından məhrum edilib: “Müttəhimlərdən 3-ü qiyabi şəkildə məhkum edilib. Məhkum edilən şəxslərdən 2-si “Sepah”ın İrandakı hərbi düşərgələrində təlim gördükdən sonra Bəhreyndə partlayıcı maddələrin hazırlanması və ondan necə istifadə edilməsi ilə məşğul olub. Digər 3 müttəhim isə ölkədə təxribatçılıqla məşğul olmaq üçün İrandan maddi və hərbi yardım alıblar.
“Sepah”la birbaşa əlaqədə olan həmin terrorçu şəbəkənin üzvləri ölkənin bir sıra həssas dövlət qurumlarına və hökumət banklarına qarşı silahlı hücum etmək və vətəndaşlara arasında dini qarşıdurma yaratmaq niyyətində olublar”.
Xatırladaq ki, noyabrın 4-də Bəhreyn Daxili İşlər Nazirliyi bəyanat yayaraq ölkədə İranla əlaqədə olan terrorçu bir qruplaşma üzvlərinin zərərsizləşdirilməsi barədə məlumat yayıb. Bəyanatda deyilir ki, hökumət qüvvələri ölkə kəndlərinin birində terrorçuların qaldığı evə hücum çəkərək 43 nəfəri tutublar. Tutulanlardan külli miqdarda silah-sursat və partlayıcı maddə aşkar edilərək götürülüb”.
Qeyd edək ki, Bəhreyn hökuməti İranı bu ölkənin daxili işlərinə qarışaqda, müxalif şiələri dəstəkləməkdə günahlandırır. İran isə bu ittihamları rədd edir.

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |