Şrift:
Güney Azərbaycanda farlaşmaya qarşı müqavimət göstərilir
07.11.2015 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fars şovinizminin Güney Azərbaycanda apardığı asimilasyon siyasəti ciddi müqavimətlə üz-üzədir.
Azərbaycan gənclərinin bu istiqamətdə apardığı fəaliyyəti sosial şəbəkələr, divarlara yazdıqları şüarlar, yaydıqları Bildirilər və kütləvi etiraz yığıncaqlarında görmək mümkündür.

Sosial şəbəkələrdə yayılan bir Görüntüdə Güney Azərbaycanda aparılan asimilasyon siyasəti və farslaşmaya qarşı kəskin müqaviməti simvolizə edən bir mətn yazılıb.

Görüntüdə göründüyü kimi bir maşının arxasında ərəb əlifbası ilə belə bir mətn yazılıb: “Bilirsən ürəyim nədən alışır – Azərbaycan ölkəsində - Türk uşağı – Farsca danışır”.

Qeyd edək ki, son illərdə Azərbaycan Milli Hərəkatının ardıkəsilməyən fəaliyyəti, Güney Azərbaycanda mədəni sahədə ciddi dəyişikliyə səbəb olub. Milli Hərəkatın imkanları olduqca məhdud olsa da, millətin içində bazası (payqah) olduğuna görə fəaliyyətin nəticəsi gözləniləndən daha çoxdur. Yuxarıda bəhs etdiyimiz şüarlara Güney Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed