07.11.2015 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 6 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb.
İranın Məşhəd şəhərindən Suriyaya göndərilmiş “Sepah”ın “Fatimiyyun” briqadasının üzvləri Məhəmmədrza Xavəri, Nemətullah Kərimi və Həmid Hüseyni, eləcədə İranın Xuzistan əyalətindən bu ölkəyə ezam edilmiş “Sepah”çılar Əmirəli Həyudi, Qədir Sərlək və Ruhullah Qurbani bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. Onların Suriyaya nə vaxt göndərildiyi açıqlanmayıb.
Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |