07.11.2015 [11:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyədə azərbaycanlı milli-mədəni fəal Əli Əzizinin məhkəmə iclası keçirilib.
Məhkəmə iclası noyabrın 5-də (abanın 14-də) Urmiyə inqilab məhkəməsinin 6-cı şöbəsində keçirilib.
Əldə etdiyimiz məlumata görə, Ə.Əzizi ötən həftə də məhkəməyə çağırılıb. O noyabrın 5-də ikinci dəfə olaraq məhkəməyə müraciət edib.
Adını çəkdiyimiz fəal oktyabrın 27-də (abanın 5-də) Urmiyədə Soheyl Dəiri və Əmir İbrahimi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və 24 saat müddətinə saxlanılıb.
Qeyd edək ki, “oktyabrın 21-də Urmiyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə “Sərmayə bankı” takımı arasında keçirilən müsabiqədə soydaşlarımız bir çox milli və mədəni şüarlar səsləndirmişdir. Adını çəkdiyimiz fəallara qarşı irəli sürülən ittihamlar həmin müsabiqə ilə əlaqədardır.

Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |