03.10.2011 [23:04] - Gündəm
AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu oktyabrın 10-da Azərbaycana səfər edəcək. Bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu sessiyadan əvvəl keçirdiyi mətbuat konfransı zamanı deyib. O, oktyabrın 10-da Bakıda keçiriləcək insan haqlarına dair sammitdə iştirak edəcək. Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyası öz işinə başlayır. Oktyabrın 7-dək davam edəcək sessiyanın gündəliyinə Azərbaycanla birbaşa bağlı məsələ daxil deyil.
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |