Şrift:
AŞPA həmməruzəçiləri Bakıda mətbuat konfransı keçiriblər. QARABAĞIN İŞĞALINDAN DANIŞMAYIBLAR.
02.02.2012 [21:41] - Gündəm
Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Joseph Grech səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.

Həmməruzəçilər Bakıda keçirdikləri görüşlər barədə məlumat veriblər.

Həmməruzəçilər bütün tərəflərlə görüşdüklərini, 2 apreldə həbs olunanların tezliklə azadlığa buraxılacağına ümid etdiklərini deyiblər : “Biz müzakirələrdə 2 apreldə həbs olunmuş 16 nəfərin məsələsini qaldırdıq. Ümid edirik ki, onlar azadlığa buraxılacaqlar”.

Onların sözlərinə görə, Azərbaycan hökuməti öhdəliklərinin yerinə yetirilməsi yönündə addımlar atır: “Bu istiqamətdə atılan addımlar uğurlu nəticə verəcək”.
Həmməruzəçilər Ədliyyə Nazirliyinin razılığı ilə 2 aprel hadisələrində həbs olunanlarla və onların vəkilləri ilə, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nümayəndəsi ilə görüşüblər.

Pedro Aqramunt jurnalistlərin “2 aprel hadisələrində həbs olunanların siyasi məhbus hesab etmək olarmı” sualına cavab olaraq deyib: “Mən buna əmin deyiləm, əgər insanlar kütləvi etiraz aksiyasına gedərək avtobusların, binaların şüşələrini qırırlarsa bu zaman bu dinc aksiya hesab olunmur. Bu, artıq kriminaldır. Amma bu hadisələrə açıqlıq gətirilməlidir”.

Həmməruzəçilər bildiriblər ki, onlar Bakıda siyasi partiyalar, QHT-lər haqqında qanuna əlavələr və dəyişiklər barədə müzakirələr aparıblar, “Alternativ hərbi xidmət haqqında” qanun layihəsi ilə tanış olublar və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Pedro Aqramunt qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını bildirib və deyib ki, hazırda da münaqişə nəticəsində həlak olduqları üçün münaqişəni “dondurulmuş” hesab etmək olmaz.

P. Aqramunt bildirib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində ölkədə siyasi plüralizm, ümumi siyasi atmosferin yaxşılaşdırılması, 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçirilməsinə şərait yaradacaq.

Bakıda evlərin sökülməsi ilə bağlı sual da AŞ PA həmməruzəçisinə ünvanlanıb. O isə bu işdə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb və “evləri sökülən insanlara layiqli konpensasiya ödənilməsinə ehtiyac var” deyib.

Həmməruzəçilər deyib ki, səfərin nəticələri mart ayında Parisdə keçiriləcək monitorinq qrupunun iclasında təqdim olunacaq. Azərbaycan üzrə ümumi məruzə isə 2012-ci ilin sonunda hazır olacaq.

Qeyd edək ki, həmməruzəçilər bu il yanvarın 31-dən fevralın 2-nə kimi Bakıda səfərdə olub. Onlar Milli Məclisdə, Baş Prokurorluqda, Ədliyyə Nazirliyində görüşlər keçiriblər, siyasi partiyalar, ictimai təşkilatlar və qaçqın şəhərciyində görüşlər keçiriblər.

DAVAM.AZ Qarabağın işğalına "xala xətrin qalmasın" yanaşan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi digər məsələlərə ciddiyyətlə yanaşmışlar.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed