Şrift:
Sepah-ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
10.11.2015 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 6 üzvü Suriyada İŞİD qüvvələri tərəfindən öldürülüb.
“Sepah” komandirləri Musa Cəmşidiyan və Məhəmmədhüseyn Məhəmmədxani noyabrın 7-də, Cabbar Əraqi isə iki həftə əvvəl Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. Noyabrın 8-də isə İranın hökumət saytları daha 3 “Sepah”çının, Meysəm Mədvari, Əli Tamamzadə və İsmayıl Sirət Niyanın Hələb şəhəri yaxınlığında Əsəd rejiminə müxalif qruplar tərəfindən öldürüldüyü barədə məlumat yayıb. Həmin şəxslərin də İŞİD-çilər tərəfindən öldürüldüyü təxmin edilir.

Əsəd hökumətinin yolunda həlak olan “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü, Əsəd hökumətinə müxalif qruplarla qarşıdurmada həlak olub.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed