11.11.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 9-u İranın Ərdəbil əyalətinin Meşkinşəhr (Xiyav) şəhərində dinc fəal Aydın Zakiri tutularkən polis və təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalaraq vəhşicəsinə döyülüb.
Fars rassizm və irqçılığına qarşı keçirilən dinc aksiyada, ETTELAAT və polisin 10-a yaxın yaraqlı əməkdaşı şəhərin “Orta çarrah” məntəqəsində tanınmış azərbaycanlı fəal Aydın Zakiriyə hücum edərək onu tutublar. Hökumət qüvvələri dinc fəalı tutarkən onu yerə uzadıb dəyənək, təpik və yumruqla vəhşicəsinə döyəndən sonra maşına mindirib bilinməz istiqamətə aparıblar. Fəalın hazırda harada saxlanıldığı, onun konkret nədə günahlandırıldığı bilinmir.
Həmin gün daha 2 azərbaycanlı fəal, Şahin Nobəxt Mekinşəhrdə, Murtuza Nodrəti isə Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, ki, bir neçə gün əvvəl İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türklərinin iyrənc şəkildə təhqir olunmasına etiraz olaraq noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində, hakim fars şovinizm və faşizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə nəfər tutulub, bir neçə nəfər polis zorakılığına məruz qalaraq yaralanıb.
Meşkinşəhrdə isə hazırda durumun ağır olduğu, silahlı polis və təhlükəsizlik qüvvələrinin şəhərin iri küçə və meydanlarında vəziyyətə nəzarət etdiyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |