Şrift:
Güney Azərbaycanın iri şəhərlərində elan edilməmiş fövqəladə vəziyyət hökm sürür
11.11.2015 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Dövlət Televiziyasında azərbaycanlıların təhqir edilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının ardınca, Güney Azərbaycanın bir sıra iri şəhərlərində, o sıradan da Ərdəbildə elan edilməmiş bir növ fövqəladə vəziyyət hökm sürməyə başlayıb.
“GAMAC” təşkilatının yaydığı məlumata görə, noyabrın 9-u axşam saatlarından başlayaraq Ərdəbildə silahlı polis və təhlükəsizlik qüvvələri şəhərin küçə və meydanlarında nəzarəti ələ alıb, vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət yaradıblar.

Ərdəbildə, hökumət qüvvələri azərbaycanlı fəallara qarşı təzyiqi gücləndirərək iri miqyaslı həbslər aparmaqla etirazlara qatılan vətəndaşlar arasında qorxu xofu salmağa çalışırlar. Yayılan son məlumatlara görə, həbs edilənlər arasında dinc milli-mədəni fəallar Rəhim Qulami, Əli Vasiqi, Murtuza Pərvin və Əli Xeyrcu da var.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türklərinin iyrənc və kobud şəkildə təhqir olunmasına etiraz olaraq noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində, fars şovinizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə adam tutulub, bir neçəsi isə polis zorakılığına məruz qalaraq yaralanıb.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed