Şrift:
Urmiyada azərbaycanlı fəallar Ulduz Qasimi və Mehdi Təhməzi tutulub
11.11.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada dinc fəallar Ulduz Qasimi və Mehdi Təhməzi tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları azərbaycanlı fəallar Ulduz Qasimi və Mehdi Təhməzini noyabrın 9-da axşam saatlarında tutub bilinməz istiqamətə aparıblar. Onların hazırda harada saxlanıldığı, konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, bir neçə gün əvvəl dövlət televiziyasında Azərbaycan türklərinin iyrənc şəkildə təhqir olunmasına etiraz olaraq noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən də Urmiyada ölkəyə hakim fars rassizm və faşizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə nəfər tutulub, bir neçə nəfər polis zorakılığına məruz qalaraq yaralanıb.

Urmiyada durumun hazırda ağır olduğu, silahlı polis və təhlükəsizlik qüvvələrinin şəhərin iri küçə və meydanlarında vəziyyətə nəzarət etdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed