02.02.2012 [22:07] - Müsahibə
Strasburqda fəaliyyət göstərən “Fransa Azərbaycan Evi”nin rəhbəri Mustafa Alınca müsahibəsi:
- Mustafa bəy, Fransa Senatında “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul edildi. Sizcə, bundan sonra nə baş verəcək?
- Onu bildirim ki, bu qərarın ən böyük mənfi təsiri biz türklərə qarşı olmaqla yanaşı, fransızlara və başqa millətlərə də dəyəcək. Bundan sonra saxta soyqırımının inkarı ilə bağlı danışmaq mümkünsüz olacaq.
Qanun bizi pis vəziyyətdə qoydu. Yəni, sabah kimsə ayağa qalxıb desə ki, belə hadisə baş verməyib, bu sözünə görə o cəzalandıralacaq. İndi də məsələnin Konstitusiya Məhkəməsinə gəlməsi üçün bir və ya bir neçə insan həbs edilməlidir.
Burada əsas məsələ odur ki, bu qərar məhkəməyə necə gedəcək və məsələnin hüquqi yolları araşdırılmalıdır. Vəkillər bunun daha yaxşı bilərlər.
- Sizcə, bu, həbslər nəyisə dəyişdirəcək?
- Düşünürəm ki, artıq biz məsələni məhkəmə səviyyəsinə gətirməliyik. Həbs edilən şəxs bildirməlidir ki, bu qərar Fransa konstitusiyasına ziddir. Bundan sonra bu məsələ Konstitusiya Məhkəməsi səviyyəsinə qalxa bilər. Yalnız, burada ümid verici bir məqamı demək istərdim:
Qərarın əleyhinə olan bir neçə senatorlar da çıxışlarında bu məsələyə görə həbs ediləcək insanların Fransanın konstitusiyasına zidd olduğunu demələrindən sonra, bu məsələnin Fransa Konstitusiya Məhkəməsində baxılacağını bildiriblər.
Məhkəmədə çıxacaq qərar senatın indiki qərarı daxil olmaqla, 2001-ci ildə də qəbul edilən qərarını da ləğv edə bilər.
- Konstitusiya Məhkəməsində bu qərarın ləğv olunması mümkündürmü?
- Senatda çıxış edən senatorlar bu məsələ ilə bağlı çox maraqlı fikir bildirdilər. Qərarın əleyhinə olan senatorlar çıxışlarında bildirdilər ki, bu qərarın qəbul olunması lazım deyil. Çünki, burada ermənilər ikitərəfli itirəcəklər.
Yəni, Konstitusiya Məhkəməsinin bir qərarından sonra erməni soyqırımı ilə bağlı qanunlar ləğv oluna bilər.
- Bundan sonra azərbaycan-türk diasporu hansı addımı atmalıdır?
- Bu məsələdə hüquqşünasların fikirlərini öyrənmək və onları hərəkətə gətirmək lazımdır. Bütün qüvvələrimizi bir araya gətirməliyik. Başqa yolumuz yoxdur.
- Məsələnin hüquqi tərəfini qeyd etdiniz. Sizcə, burada Nikola Sarkozinin siyasətinin arxasında erməni sevgisi durur, yoxsa başqa məsələlər var?
- Dediyiniz hər iki məsələ var. Bəzən deyirlər ki, burada erməni məsələsi Sarkozini maraqlandırmır. Mən bunu qəbul etmirəm. İndi Sarkozinin reytinqi aşağı düşüb. Keçirilən sorğular bunu təsdiqləyir və hətta, seçkilərdə iki tura da keçməyə bilər.
Yəni, Sarkozi bu vəziyyətdədir. Digər tərəfdən, bəzi siyasətçilərin dediyi kimi, Sarkozi bu kartdan istifadə etmək istəyir. O, erməni kartı ilə Avropa İttifaqına doğru irəliyən Türkiyənin qarşısında bir maneə səddi yaradır.
Yəni, Kıbrıs məsələsi onların əlindən çıxandan sonra, tək şansı erməni məsələsidir. İndi demək istəyirlər ki, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyirsə, keçmişi ilə barışıb erməni soyqırımını tanımalıdır. Təbii ki, Türkiyə də buna getməyəcək.
- Ölkə mediasında bu məsələyə münasibət necədir? Xüsusilə, Türkiyə və Azərbaycanın məsələyə sərt etirazı Fransada necə qarşılandı?
- Ölkə mediası və ictimaiyyəti bu məsələyə elə də diqqət ayırmır. Yəni, onlar təəccüblənir ki, nə üçün Azərbaycan və Türkiyə belə reaksiya verir. Çünki, Türkiyə hakimiyyəti bəyan edib ki, Fransa şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək və s. bu onlar üçün təəccüblü gəlir.
Azərbaycanın bu məsələyə ilk gündən sərt reaksiyası türk diasporunun fransızdilli saytlarında geniş şəkildə işıqlandırıldı. “Fransa Azərbaycan Evi”nin fransız dilində yayımlanan iki saatlıq radio verilişində Azərbaycanın mövqeyi müzakirə olundu.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |