11.11.2015 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 9-da (abanın 18-də) İran televiziyasının türkləri təhqir etməsi azərbaycanlıları ayağa qaldırdı.
Ərdəbil şəhərində keçirilən etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, Ərdəbil Çaharrahında hazırda bu şəhərin həbsxanasında məhbus həyatı yaşayan tanınmış milli-mədəni fəal Abbas Lisaninin iki oğlu rejim qüvvələrinin hücumuna məruz qalıb və döyülüb. Məlumata görə, bir neçə nəfər Atila və Oxtay Lisaninin məmurlar tərəfindən döyüldüyünü görüb. Deyilənlərə görə, məmurlar tərəfindən döyülən Atilanın bədəni göyərib və nəfəs çatışmazlığına düçar olub.
Qeyd edək ki, tanınmış milli-mədəni fəal Abbas Lisani hazırda məhkum edildiyi bir illik həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasında məhbus həyatı yaşayır. O İran televiziyasında türklərin təhqir edilməsinə etiraz olaraq keçirilən yürüşlərə dəstək vermək məqsədi ilə aclıq aksiyasına başlayıb.

Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |