Şrift:
Azərbaycanlıların fars irqçiliyinə qarşı kütləvi etirazları Türkiyə Mediasında (görüntü)
11.11.2015 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 9-da (abanın 18-də) fars irqçilərinin sistemli şəkildə türkləri təhqir etməsi növbəti yürüşlərə səbəb oldu.
Cümə günü Güney Azərbaycanın əksər şəhərləri və paytaxt Tehranda İran televiziyasının “Fitilə” proqramında türklərin təhqir edilməsinə qarşı kütləvi yürüşlər keçirildi. Dinc keçirilən aksiyalara təhlükəsizlik qüvvələri kobud müdaxilə etdi, çoxsaylı soydaşımız yaxalandı.

Bu xəbər xarici media o cümlədən Türkiyə kütləvi informasiya vasitələrinin də diqqətini çəkib. Məlumata görə, Yeni şəfəq, Milliyyət, Habər türk kimi mətbu orqanlar, bir çox internet saytı və televiziya kanallarında güneydəki yürüşlərlə bağlı məlumat yayılıb.

“Yeni şəfəq” qəzeti “İran'da ırkçı program Türkleri sokağa döktü” başlıqlı xəbərdə Azərbaycan türk millətinin keçirdiyi dinc etiraz aksiyalarına işarə edib. Xəbərdə “Fitilə” proqramı və onun təhqiramiz hissəsinə də işarə olunub. Qəzet azərbaycanlıların “Azərbaycan əyilməz – Türkün beli bükülməz” kimi şüarlar səsləndirdiyini də dərc edib.

“Yeni şəfəq” qəzeti azərbaycanlıların etirazı nəticəsində Teleradio Şirkətinin (səda və sima) bir neçə məsulunun işdən uzaqlaşdırıldığı və məsulların üzr istəməsini də qeyd edib.

Azərbaycanlıların fars irqçiliyinə qarşı kütləvi etirazları Türkiyə Mediasında (görüntü)

Azərbaycanlıların fars irqçiliyinə qarşı kütləvi etirazları Türkiyə Mediasında (görüntü)
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed