12.11.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 9-da (abanın 18-də) Güney Azərbaycanda irqçiliyə qarşı keçirilən etiraz aksiyalarında çoxsaylı soydaşımız tutulub. Təkcə Ərdəbildə 70 nəfərin yaxalandığı məlum olub. Onlardan 50-i bir neçə saat saxlandıqdan sonra azad edilib, lakin Ərdəbil məhkəməsi tutulanların 18-nə milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə saxlanma qərarı çıxarıb.
Hələlik sözügedən fəalların bir neçəsinin kimliyi müəyyən edilib. Rəhim Qulami, Əli Xeyrcu, Meysəm Colani, Murtaza Pərvin, Mustafa Pərvin, Əli Vasiqi, Səid Sadiqifər, Tohid Əmir Əmini, Vədud Ənsari, Fərşid Piçqanlu və Rza İbrahimi bu saata qədər kimliyi müəyyən edilən tutuqlu fəallardır. Ərdəbildə yaxalanan digər fəalların kimliyi barəsində hələlik heç bir məlumat yoxdur.

Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |