Şrift:
Urmiyədə 3 azərbaycanlı fəal mühakimə edilib
12.11.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin Apelyasiya Məhkəməsində (təcdide nəzər məhkəməsi) 3 azərbaycanlı milli-mədəni fəal mühakimə olunub.
Əmir Hacılı, Araz Xassetəraş və İslam Əliəkbərlinin məhkəmə iclası noyabrın 9-da (abanın 18-də) keçirilib. Onlar Dünya Ana Dili Günü mərasiminin keçirilməsi ilə əlaqədar Xoy şəhərində yaxalanıb və 13 gün saxlandıqdan sonra 9 ay həbs cəzasına məhkum edilib.

Xoy şəhərinin İnqilab Məhkəməsi adını çəkdiyimiz fəalları sistemin əleyhinə təbliğdə günahlandırıb.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed