Şrift:
Meşginşəhrdə etiraz aksiyalarından bir gün sonra 22 nəfər yaxalanıb
12.11.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Meşginşəhr şəhərində 22 nəfər yaxalanıb. Onlar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarından bir gün sonra noyabrın 10-da (abanın 19-da) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutulub. Tutulanlardan 4-nun yaşı 18-dən azdır.
Ayət Şucavənd, Rza Fərəczadə, Siyamək Seyfi, Həsən Seyfi, Əfşin Seyfi, Səid Babakişizadə, Fəramərz Pur İsmail, Hadi Rəhmətzadə, Əli Mötəmedi, Peyman Şahidi, Şahin Nobəxt, Əsgəri, Həmid Ruhullahnejad, Behruz Məleki, Fərdin Noruzi, Ramin Şokrullahi, Beytullah Bərzgər və Siyamək Qaradaşı ETTELAAT əməkdaşları tərəfindən tutulan şəxslərdir.

Həmçinin 16 yaşlı Rza Süleymanzadə, 17 yaşlı Ümid Möhseni, 16 yaşlı Sina Rzayi və 16 yaşlı Hadi Süleymanzadə 1-ci gün (doşənbə günü) keçirilən kütləvi etirazlarla bağlı yaxalanıblar.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed