12.11.2015 [10:28] - Gündəm, İslam dini
İranda ilamı tərk edərək xristianlığa keçən 13 nəfər tutulub. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə məlumat yenicə yayılıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Vəramin şöbəsinin əməkdaşları bir həftə əvvəl yeni xristianların ev kilsəsi şəraitində təşkil edilən dini yığıncağına hücum çəkərək hər 13 nəfəri tutub naməlum istiqamətə aparıblar. Tutulanların hamısının kimliyi bəlli olmasa da, onlardan 4-ünün adları mediaya açıqlanıb: Məhəmməd Şahqasimi, Zəri Şahqasimi, Bəhram Tacik və Simin Mirzayi.
Bildirilir ki, əvvəllər Emanuel kilsəsinin üzvləri olan tutulanlar, ölkənin təhlükəsizlik qüvvələri həmin kilsəni bağlayıb onun fəaliyyətinin qarşısını alandan sonra öz ibadət və dini mərasimlərini ev kilsəsi şəraitində keçirirdilər. Tutulan şəxslərin hazırda harada saxlandığı və konret nədə günahlandırıldığı bilinmir.
Qeyd edək ki, İrandakı şəriət cəza qanunlarına görə, islamı tərk edən və başqa dinləri qəbul edən hər bir şəxs “mürtəd” sayıldığına görə ölümə məhkumdur.

Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |