12.11.2015 [11:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Məqsud Bəsirpur tutulub.
Fəal, tutulmazdan bir gün əvvəl azərbaycanlıların dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda təhqir olunmasına qarşı Məlikanda dinc etiraz aksiyası keçirilməsinə rəsmi icazə almaq üçün hökumət qurumlarına müraciət etmişdi.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Məlikan (Məlik kəndi) şöbəsinin əməkdaşları azərbaycanlı dinc fəal Məqsud Bəsirpuru noyabrın 11-də onun şəxsi mənzilində tutub naməlum istiqamətə aparıblar. ETTELAAT məmurları dinc fəalı tutarkən, onu həyat yoldaşının gözləri qarşısında vəhşicəsinə döyüb təhqir ediblər. Təhlükəsizlik məmurlarının kobud rəftarına etiraz bildirən fəalın yoldaşı isə təhdid edilib, söyüşə məruz qoyulub.
Azərbaycanlı fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi, şəhərdə fars rassizminə qarşı dinc etiraz aksiyasının keçirilməsinə icazə almaq üçün hökumət qurumlarına etdiyi müraciətlə əlaqələndirildiyi təxmin edilir.
Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb.

Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |